Baş Dövlət Yol Polisi İdarəsi son günlər havanın yağmurlu olması səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına aydınlıq gətirib. 

Unikal.org xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, bəzi yerlərdə qeydə alınmış çökmə halları nəzərə alınmasa, yollarda ciddi problem yaranmayıb: 

"Ümumiyyətlə, Azərbaycanda 3 gün ardıcıl intensiv yağış yağması çox nadir hallarda müşahidə edilir. Bununla belə, ölkənin və paytaxtın yollarında yağıntılar nəqliyyatın hərəkətinə mane olmayıb. Bəzi hallarda pik saatlarda tıxac və sıxlıq müşahidə olunub ki, bu da bəzi yerlərə su yığılması və ya köhnə sovet avtomobillərinin yağıntının təsirindən mühərrikinin sönməsi səbəbindən baş verib.

K.Əliyev əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində avtomobilin sazlığına xüsusi ilə diqqət yetirməlidir.