Azərbaycanda əlavə olaraq 2 tanker və 2 quru yük gəmisi inşa edilə bilər.
Unikal.org-un məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Qeyd olunur ki, dəniz nəqliyyatı sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün alttədbirlər üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur. "AXDG QSC dəniz nəqliyyatı və gəmiçilik səhəsində davamlı olaraq müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
İndiyə kimi Bakı Gəmiqayırma Zavodu ilə birlikdə 3 ədəd sərnişin və 1 ədəd liman-yedək gəmisi tikilib. Hazırda 2 ədəd RO-PAX və 2 ədəd tanker tipli gəmi tikilməkdədir. Əlavə olaraq 2 ədəd tanker və 2 ədəd quru yük gəmisinin tikintisinin planı müzakirə olunur.
Gəmilərin təmiri ilə bağlı 10-a yaxın özəl şirkətlə əməkdaşlıq edilir. Gəmilərin təmiri üçün lazım olan ehtiyat hissələrin təchizatı zamanı "AXDG QSC özəl şirkətlərlə əməkdaşlıq edir və bu zaman əsasən yerli podratçılara üstünlük verilir.