Zorakılığa məruz qalan insanların, xüsusilə uşaqların ad və soyadının, yaşadığı ünvanların KIV-lər tərəfindən açıq şəkildə verilməsi düzgün deyil.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, məlumatların açıq yazılması həmin insanlar üçün problemlər yaradır:
"Bir çox saytlarda zorakılıq halları barədə məlumatlarla çox rastlaşırıq. Əfsuslar olsun ki, bu məlumatlar çox zaman professional şəkildə olmur. Məlumatlar fakt kimi verilə bilər. Amma zorakılıq qurbanlarının, xüsusilə uşaqların adlarının verilməsi düzgün deyil. Həmin insanlar sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? Xarici kanallarda zorakılıq qurbanlarının üzünü örtürlər, adlarını vermirlər. Bu, belə olmalıdır".