Milli Məclisin deputatı Çingiz Qənizadənin keçmiş həmkarı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrın 6-na təyin edilib. İşə hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ç.Qənizadə Q.Salahzadənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Q.Salahzadənin məhkəməyə verilməsinə səbəb son günlər mətbuatda Ç.Qənizadəyə qarşı ağır ittihamlar səsləndirməsi göstərilib.