"Növbəti üç gündə Azərbaycanda havanın temperaturu tədricən yüksələcək.
Unikal.org xəbər verir ki, bunu "Reporta açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: "Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Ola bilsin bəzi rayonlarda çiskin müşahidə olundu, amma hava şəraiti gün ərzində yağmursuz olacaq.