Aprelin 21-dən etibarən Yunanıstanın bütün KİV-in jurnalistləri 48 saatlıq etiraz aksiyası keçirirlər. Qəzetlər, televiziyalar, digər nəşrlər, xəbər agentlikləri bu aksiyaya qoşulublar. Qərar Yunanıstan Jurnalistlər Federasiyası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Yunanıstan hökuməti yaxın zamanlarda vergi və pensiya islahatını parlamentin müzakirəsinə çıxaracaq. İslahat planı yunan cəmiyyətində tənqidlə qarşılanıb. Artıq həmkarlar ittifaqlarının çoxu bir neçə etiraz aksiyası keçiriblər.
azertag