Bakının 3 rayonunda içməli suyun verilməsində əhdudiyyətlər olacaqdır.

"Azərsu ASC-dən Unikal.org-a verilən məlumata görə, Bak şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış- kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb. Bununla əlaqədar 06 oktyabr 2017-ci il tarixində gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.