Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır.
Unikal.org xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək:
"Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanacaq".
Nazir əlavə edib edib ki, hazırlıq qruplarının yaradılacağı ali məktəblər və ixtisaslarla bağlı qərarlar növbəti mərhələlərdə veriləcək:
"Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək".