ABŞ prezidenti Barak Obama qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi müraciətində 1915-ci ildə baş verənləri "soyqırımı" adlandırmayacaq.
 
Unikal.org "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Erməni Milli Komitəsindən (ANCA) bildirilib. Məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxs verib.
 
ANCA-nın icraçı direktoru Aram Ambaryan Barak Obamanın qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı vədinə xilaf çıxdığını deyib.