Azərbaycanda iki nəfər bədbəxt hadisənin qurbanı olub. 
Daxili İşlər Nazirliyinin saytına istinadən unikal.org xəbər verir ki, aprelin 21-də Şəmkir rayonunun Atabəy kənd sakini Hacı İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindən keçən kanalda aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər bədbəxt hadisə isə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində fəhlə işləyən Zərdab rayon sakini Məhəmməd Məhəmmədlini elektrik cərəyanı vurması nəticəsində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.