Azərbaycanın şimal bölgəsində intihar hadisəsi qeydə alınıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, Qusarın Əniğ kənd sakini, 41 yaşlı Elşad Bacan oğlu Şıxmətov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib. Hadisə yerinə Qusarın polis və prokurorluq əməkdaşları gəlib və müayinələr aparıblar. 4 uşaq atasının öz həyatına hansı səbəbdən son qoyması hələ ki, məlum deyil. Mərhumun içkiyə meyilli olduğu bildirilir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar gedir.