Qoç - ailə və evin maraqlarını hər şeydən üstün tutun, sevdiklərinizə maksimum qayğı göstərin. İşlərin düzgün təşkil olunması və qayda indi vacibdir. Yaşamda rəvanlıqla tarazlığı saxlayaraq hadisələrin inkişafına təsir etmək istəyirsinizsə, yaşananların tempinə uyğunlaşmalısınız. Tərəfdaş və ya iş yoldaşınızın aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işə xeyir verəcək, sizi məqsədə doğru dinamik və maraqlı hərəkətə cəlb edəcək.

Buğa - Ünsiyyət çərçivəsini məhdudlaşdırın, planlaşdırma ilə məşğul olun. Analitik iş üçün əlverişli gündür. Uzunmüddətli layihənin hazırlanmasına başlayın. Amma vəd və söz verməyin, nəyəsə boyun olmayın, bədxərclik etməyin.

Əkizlər - ünsiyyətə və danışıqlara meyl yaradan pozitiv potensiallı gündür. Gərəkli məlumatı əldə etmək, məsləhət almaq, sizi maraqlandıran məsələyə çözüm tapmaq mümkündür. Romantik münasibətlər əlavə impuls alacaq. Etiraf, açıq söhbət, gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli şərait yaranacaq.

Xərçəng - yaxın ətrafınızdakı insanlara qarşı qayğıkeş olun. Bu gün belə davranmaq heç çətin deyil. İş yerində yeni xəbərlər istisna deyil. Maddi perspektivlərinizi aydınlaşdırın, stavka edəcəyiniz iş, hadisə və ya adamı seçin. Şəxsi münasibətlərdə dəyişikliklər ola bilər.

Şir - hələlik hər şey ilkin müzakirələr, ümumi istiqamətin yoxlanması ilə bağlıdır. Səbrli olun: sıx münasibətlərinizin olduğu insanla bağlı təəssüf hissi yaşaya bilərsiniz. Yeni, böyük işə başlamayın, bahalı əşyaya və ya tədbirə pul xərcləməyin. Əks halda peşman olacaq, nəyisə dəyişmək ehtiyacı ilə qarşılaşacaqsınız.

Qız - dinamik, fəal gündür. Hər yerdə bütün işləri bitirməyi ağlınıza belə, gətirməyin. Qüvvə və səylərinizi əsas işə sərf edin. İşdə qətiyyət və inad məqsədə doğru irəliləməyə yardım edəcək. Cari işləri qaydaya salın. Qarşıda sizi yeniliklər və xəbərlər gözləyir.

Tərəzi - kənar təsirlər bu gün sizə yaxşı heç nə vəd etmir. Paxıllardan qorunun. Gərəkli informasiyanı axtaranda bir qədər əvvəl yol verdiyiniz səhv ortaya çıxacaq. Təbii, bu da situasiyanın normaya salınması üçün faydalıdır.

Əqrəb - bütün şanslardan istiadə edərək hissiyatınızın sizə tələsməməyi məsləhət bildiyi yerdə riskə yol verməyin. Güclü gərginlik, hərəkətlərin koordinasiyasının pozulması, əhval-ruhiyyənizin pozulması mümkündür. Axşam saatlarında istirahət üçün yetərincə vaxt tapın, fəaliyyətinizi dəyişin.

Oxatan - gəlirlərin artırılması ilə bağlı faydalı fikirlər ola bilər. Birbaşa fəaliyyət, fikirlərin iş yoldaşları ilə bölüşdürülməsi üçün əlverişli gün deyil. Prioritetləri müəyyənləşdirin, aktivlik çərçivəsini daraldın. Əsas məsələdən diqqəti yayındıran bütün işlərdən əl çəkin. Gərginlik nəzarət olunmayan aşkarlıq, narazılıq, düşünülməmiş qərara səbəb ola bilər. Hərgah nədəsə problem yaranması riski varsa, toplantı, görüş və ya danışığı təxirə salın.

Oğlaq - bu gün səylərinizi və emosiyalarınızı yaxın insanlarınızın rifahı üçün yönəldin. Uzaqdan xəbər alaraq qəflətən harasa yollanmaq və ya qohumlarınızdan birinin problemi ilə məşğul olmaq ehtiyacı yarana bilər. Vacib məsələdə hərəkət olacaq, indiki səyləriniz yeni məna kəsb edəcək. 

Dolça - ideyalarınız imkanların spektrini genişləndirərək cari məsələlərlə bağlı gözlənilən mesajı verə bilər. Təmaslarda azadlıq, asudəlik, həzz alma imkanı yaranacaq. Bilik və bacarıqlarınızı artırın. Səfər və gəzinti üçün uğurlu gündür.

Balıqlar - işgüzar görüş, danışıq və məsləhətləşmə üçün əlverişli gündür. Əks cinsin mənsubu sizə yardım və ya hamilik edə bilər. Ötənlərdə başladığınız iş bu gün nəticə verə bilər. Nəticə mükafat, ödəniş, pul ola bilər. Hər şeyə rəğmən, gün yaxşı deyil. Romantik istirahət və ya tərifə bel bağlamayın.

milli.az