Topaz Premyer Liqasının 9-cu turunda baş tutan "Kəpəz - "Neftçi (0:1) oyunundan sonra gərgin anlar yaşanıb.
Matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın hakim-inspektoru, hakimlər komitəsinin sədri Xaqani Məmmədova etiraz ediblər.
Təhqir olunan Xaqani Məmmədov Unikal.org-a açıqlamasında "kişi deyilsən ifadəsinə sərt cavab verib:
"Bu nə təxribatdır, nə də başqa bir şey. Bu azarkeşlərin səviyyəsizliyidir. Hər bir azarkeş futbol qaydasını yaxşı bilmir. Yaxşı bilsəydilər belə danışmazdılar. Bu 5-3 nəfər azarkeşin səviyyəsidir. Amma hər azarkeş eyni ola bilməz. Bunların içəsində dəliqanlıları, savadlıları da var, savadsızları da...
Onların səviyyəsinə düşüb cavab vermək də istəmərəm.
Bildirək ki, fanatlar: "Belə idarəçilik olmaz. Çox bərbad vəziyyətdəsiniz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən- fikirlərini səsləndirib.
Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.
Aygün İlqarqızı