Bakıda qadın dəm qazından boğularaq ölüb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Rahilə Cəbrayılova Bakı şəhər Nəsimi rayonu 20 Yanvar küçəsindəki evin hamam otağında olarkən qazdan boğulub.

Bildirilir ki, R.Cəbrayılova Bakıya qızının ad gününü təbrik etmək üçün gəlibmiş

Faktla bağlı araşdırma aparılır.