Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən qitələrarası ballistik raketlərin buraxılmasının görüntüləri yayılıb.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi tərəfindən yayılan xəbərə görə, görüntülərdə "Topol" qitələrarası ballistik raketi, iki strateji bombardmançı və 3 sualtı dəniz raketlərinin buraxılması anı göstərilir.

Strateji raketlərin sınaqları zamanı nüvə strategiyasına daxil edilən qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları müvəffəqiyyətlə istifadəyə hazır hala gətirilib.