"Mançester Yunaytedin futbolçusu Romelu Lukaku uşaq vaxtı məşqə gedərkən ciddi problemlərlə üzləşib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı futbolçunun agenti Mino Rayola verib. O, bildirib ki, digər uşaqların valideynləri Lukakunun yaşının çox olmasından şübhələniblər. Futbolçunun anası məcbur qalaraq, oğlunun doğum haqqında şəhadətnaməsini gətirib valideynlərə göstərməli olub:
"Mən onun anası ilə danışmışam. O, həmişə digər valideynlərlə mübahisə edirdi. Valideynlər Lukakunun yaşının kiçildilməsindən şübhələnirdilər.
Xüsusən də, o, oyun ərzində 3-4 qol vurandan sonra narazılıqlar çox olurdu. Lukaku həmyaşıdlarından cüssəcə çox böyük idi. Ona görə də şübəhlər yaranırdı. Anası məcbur olub onun doğum haqqında şəhadətnaməsini gətirməli oldu.
Lukaku Belçikada doğulub. Ancaq çoxu şaiyə yayırdı ki, guya o, Afrikada anadan olub.
Lukaku peşəkar karyerasına 16 yaşında "Anderlextdə başlayıb.