FİFA yoldaşlıq oyunları ilə bağlı dəyişiklik etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, FİFA yoldaşlıq oyunlarını Dünya Liqası ilə əvəzləmək niyyətindədi. Məlumata görə, turnir bütün ilboyu keçiriləcək.

Komandalar FİFA-nın reytinq siyahısına əsasən, 3 diviziona bölünəcəklər. FİFA bu dəyişikliklə yoldaşlıq görüşlərini populyarlaşdırmağı nəzərdə tutur.

FİFA-nın Dünya Liqası UEFA-nın Millətlər Liqasının oxşarı olcaq. Bu liqanın yaradılması Braziliya və Argentinanın narazılığına səbəb olmuşdu. Bu ölkələr Avropa komandaları ilə yoldaşlıq görüşləri keçirməyin çətin olacağından narahatdılar.

Dünya Liqasında ilk görüşlərin 2019-cu ildə keçirilməsi nəzərdə tutulub.