Peşəkar boks bu gün bir çox ölkələrdə məşhurdur. Mütəxəssislər buna idmandan daha çox biznes sahəsi kimi baxılmasını təklif edir. Çünki idmançıların döyüşlərin tətbiqi üçün xərclənən pullar sonradan böyük miqdarda iş adamlarının özünə geri qayıdır. Amma nədənsə, bu idmana bizdə bir o qədər pul ayrılmır. Nə Gənclər və İdman Nazirliyi səviyyəsində, nə də iş adamları Azərbaycanda dünyaca məşhur bir idmana pul yatırmağı düşünmürlər. 

Bir zamanlar Əli İsmayılovla, Fariz Məmmədov ölkəmizdə də sevilən peşəkar boks nədənsə arxa plana atılıb.

Unikal.org Azərbaycanda Peşəkar Boksun Federasiyası ilə maraqlanıb. Aldığımız cavab isə bizi təccübləndirdi desək, yanılmarıq. "Sadəcə kağız üzərində var. Hazırda rəhbəri kimdir bilinmir.

Kağız üzərində olan federasiya nəyə görə inkişaf etdirilmir? Baxmayaraq ki, bu yaxınlarda Bakıda Dünya Boks Şurası - WBC - nin 55-ci dünya konvensiyasının konqresi keçirilib. Amma bizdə adı məşhur olan peşəkar boksçulardan heç biri o konqresdə iştirak etməmişdilər.

Azərbaycanda peşəkar boksun taleyi ilə bağlı məşqçi Qərib Orucovla söhbətləşməli olduq. Məşqçi heç bir yerdən dəstək almadığını, sadəcə bəzi dostların köməklik etdiyi deyib:

"Peşəkar Boksa bir idman növü kimi baxmaq lazım deyil. Bu böyük bir biznesdir. Buna biznses kimi baxsaq yaxşı inkişaf edəcək. Bizdə promoterlər olmalıdır. Əminəm ki, bizim idmançıların yarışlarına pul buraxarlarsa, sonradan bunun qarşılığını artıqlamasıyla alacaqlar. Çünki potensiallı idmançılarımız çoxdur. Onların yarışlarını təmin etmək lazımdır. Bu idmanda pul qazanan və ən zəngin insansanlar sırasına düşən xeyli sayda idmançılar var.

Mən onu deyim ki, peşəkar boksun ən məşhur siması Əli İsmayılov olub. Hazırda bizim peşəkar bokscda 56 idmançımız var.
Perşəkar boksun inkişafı üçün ölkədaxili reytinq yaratmaq lazımdır. Bu idman pula bağlıdır və şəraitin yaradılması üçün də pul lazımdır.

O ki qaldı köməyə, məşqçi öz məşqini keçməlidir. Amma bu sahədə bir rəhbər adam omalıdır və biz bilməliyik kimə müraciət edirik?, kimdir bizim ağsaqqalımız?. Bu işləri həmin ağsaqqal görməlidir. Mən məşqçiyəm, öz işimlə məşğulam. Federasiya yaradılmalıdır, bu zaman ölkə daxili reytinqləri həmin federasiya qaldırmalıdır.

Aygün İlqarqızı