Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək. 

Unikal.org-un apasport-a istinadən məlumatına görə, Azərbaycan çempionu "Qarabağ IV turun ilk oyun günündə meydana çıxacaq.

Ağdam təmsilçisi səfərdə "Atletiko ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano stadionunda keçiriləcək.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların dueli autsayderlikdən qaçmaq baxımından da önəmlidi. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdə sensasiyaya imza atsa, qazanılacaq 3 xalla sonuncu pillədən qurtulacaq. Madridlilər isə zirzəmiyə düşməmək üçün uduzmamalıdı.

İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidi. Xal itkisi madridliləri liderlərdən uzaq salacaq.

"Qarabağ isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, "Roma öz meydanında "Çelsini məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.

Bunun baş verməməsi üçün xal qazanmağa borclu "Qarabağ evdəki heç-heçənin də təsadüfi olmadığını Madriddəki uğurla sübut etməlidi. Əldə olunacaq xal həm ölkə, həm də klub reytinqi baxımından da böyük önəm kəsb edir.

Qeyd edək ki, "Atletiko - "Qarabağ oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası

IV tur, C qrupu

31 oktyabr

23:45. "Atletiko (İspaniya) - "Qarabağ (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker

Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand

Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)

Madrid. "Metropolitano stadionu

1

Çelsi

3

2

1

0

11-4

7

2

Roma

3

1

2

0

5-4

5

3

Atletiko

3

0

2

1

1-2

2

4

Qarabağ

3

0

1

2

1-8

1