Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib.
Unikal.org-un məlumatına, C qrupunda mübarizə aparan "Qarabağ gəncləri Madrid "Atletiko"sunun qonağı olub.
Görüşdə cəmi bir qol qeydə alınıb - 45-ci dəqiqədə Deda Ağdam təmsilçisinə tarixi qələbə qazandıran qola imza atıb.
Xatırladaq ki, "Qarabağ" bundan əvvəl "Çelsiyə 0:5, "Romaya 0:3, "Atletikoya isə 1:5 hesabı ilə məğlub olmuşdu.