"Liverpulun müdafiəçisi Deyan Lovrenin ailəsi ölümlə hədələnib.
Unikal.org-un məlumatına görə, bu barədə xorvatiyalı futbolçu özü açıqlama verib.
O, sosial şəbəkədən yollanmış mesajı paylaşaraq təəsüfünü bildirib: "İnsanların mənim haqqımda boş-boş danışıqlarına heç vaxt fikir verməmişəm. Ancaq mövzü ailəmdirsə, susa bilmərəm. Buna qətiyyən icazə verməyəcəm! Çox iyrənc vəziyyətdir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının IX turunda "Tottenhemlə qarşılaşan "Liverpul 1:4 hesabı ilə darmadağın olmuşdu. Qarşılaşmaya olduqca zəif başlayan Lovren azarkeşlərin qınağı ilə üzləşmiş və 31-ci dəqiqədə əvəzlənmişdi.