İntihar etmək üçün özünü yüksəklikdən atdı, üzərinə düşdüyü avtomobilin sürücüsünü öldürdü

Unikal.org-un məlumatına görə, hadisə ABŞ-ın Virciniya ştatında baş verib. Belə ki, 12 yaşlı məktəbli 10 metr yüksəklikdə olan körpüdən özünü aşağıya doğru atıb. O, körpünün altından keçən bir avtomobilin üzərinə düşüb. Zərbənin gücündən avtomobilin damı çöküb və sürücü 22 yaşlı tələbə Marisa Harris ölüb.

Marisanın sürücüsü olduğu avtomobildə olan dostu vəziyyəti anlayaraq dərhal reaksiya verib və hadisənin daha böyük faciəyə yol açmasının qarşısını alıb.

Hadisədən sonra xəstəxanaya aparılan 12 yaşlı məktəblinin vəziyəti isə ağırdır.