07.09.2025-ci il tarixində saat 17:10 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, ona belin küt travması diaqnozu təyin olunub.
Hazırda müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.
*** 17:57
Goraboyda yük maşının qəza törədməsinin bəzi detalları məlum olub.
"Unikal"ın məlumatına görə, Türkiyə vətəndaşı 2002 ci il təvəllüdlü Ş.T.Əli oğlu "Mersedec" markalı TIR Bakı- Qazax yolunda üzü Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçərək yol kənarında dayanmış VAZ 2104 markalı sahibi məlum olmayan avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini1965 ci il təvəllüdlü T.Xəlilova məxsus obyektə çırpılıb. Hadisə zamanı mağazada xəsarət alan olmayıb.
Yük maşının sürücüsü xəsarət alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb, vəziyyətinin normal olduğu bildilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
*** 17:36
Goranboyda qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində baş verib. Hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya girib. Qəza zamanı yük maşınının sürücü Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində mağazaya və yük maşınına ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Tural Əhmədov