Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib.
Unikal.org-un xəbərinə görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ səfərdə "Atletikonun qonağı olub.
Oyunun 40-cı dəqiqəsində "Qarabağın" oyunçusu Miçel fərqlənərək hesabı 0:1 edib. Oyunun 56-cı dəqiqəsində ev sahibini oyunçusu Tomas fərqlənərək hesabı bərabərləşdirib - 1:1.
Qarabağ" qapısında qol gördükdən 3 dəqiqə sonra meydanda azlıqda qalıb. Pedro Enrike rəqibə qarşı kobud oynadığı üçün meydandan qovulub.
88-ci dəqiqədə qırmızı vərəqələrdə də hesab bərabərləşir. Belə ki, "Atletiko"nun futbolçusu Saviç komandasını azlıqda qoyur.
Oyunun sonuna kimi hesab dəyişməyib. "Qarabağ" yenə "Atletiko"ya məğlub olmur və Madriddən 1 xalla qayıdır.