Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılacağı gözlənilir.Birlik Türkiyə İctimai Nəzarət Komitəsinin səyləri ilə yaradılacaq.

Unikal.org trend-ə istinadən bildirir ki, artıq Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsinin qərara alındığı bildirilir.

Bununla bağlı cari ilin sonlarında Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ombudsmanlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır.