"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
Unikal.org xəbər verir ki, futbolçu müsahibəsində Çempionlar Liqasındakı çıxışdan da danışıb:
"Hər hədəfimizə çatmaq möcüzə idi. Ötən mövsüm "Legiya ilə də ÇL-in startında "Borussiyaya 0:6 hesabı ilə məğlub olmuşduq. "Qarabağın heyətində isə "Çelsiyə qarşı bu yenilgini yaşadım. İndiki rəqiblərimiz daha güclüdü. "Çelsi və "Romanı ötən mövsümün qrupunda "Borussiya və "Realla müqayisə etmək olar. Ancaq "Atletiko "Sportinqdən daha güclüdü. Bu komandanı Dieqo Simeone kimi mütəxəssis çalışdırır. Bu komandalarla qarşılaşmaq bizim üçün xəyal idi. İndi qazandığımız xalları böyük uğur adlandırıram.
Rəqiblərə baxanda çətin olacağını düşünürdüm. Sürpriz etməyimiz möcüzə deyil. "Atletiko ilə oyunlarda iki xal götürdük. Səfər oyununda daha yaxşı təsir bağışladıq, topla çox oynadıq. Qrupda üçüncü yeri tuta biləcəyimizi düşünürük. Amma bunun üçün "Roma və "Çelsi ilə oyunlarda yaxşı təsir bağışlamalıyıq.
Yezniçak "Legiyanı tərk edib "Qarabağa keçməsindən də danışıb:
"Varşavada gözəl illər yaşadım. Bu mövsüm əldə etdiyim uğurları görəndə düşünürəm ki, hər şeyi düzgün etmişəm. Zamanında ayrılmışam. Bir çox insan da mənə bunu deyib. Azərbaycanda "Qarabağ kimi bir səviyyəli komandaya gəlmişəm. "Legiya isə tək məndən ibarət deyil.
"Legiyanın oyunlarını izləməyə vaxt yoxdu. Amma hər şeylə maraqlanıram. Keçmiş komandamın yenidən uğurlu çıxışına sevinirəm.
Polşalı müdafiəçi "Qarabağla "Legiya qarşılaşsa, qalib kim olar sualına belə cavab verib:
"Məncə, "Qarabağ.
Futbolçu "Qarabağın baş məşqçisi Qurban Qurbanov haqda da fikirlərini bölüşüb:
"Məşqləri çox ciddi keçir. Demək olar ki, bizimlə deyib-gülmür. Çox ədalətli insandı.