Soyuq havaya baxmayaraq, Rusiya paytaxtının sakinləri "iPhone X smartfonunu əldə edə bilmək üçün 3 gün əvvəldən növbəyə yazılmağa başlayıblar.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bunu satışları həyata keçirəcək "re:Store reteylerinin nümayəndəsi Lüdmila Semuşina deyib.
"Çərşənbə axşamı növbədə 267 nəfər var idi. Onlar özləri təşkilatlanmışdılar. İlk dəfədir ki, kütlə bu qədər erkən toplanır və ilk dəfədir bu qədər adam yığışır, - deyə o, söyləyib. L. Semuşina bildirib ki, adətən növbələr satışların başlamasından qısa müddət əvvəl yaranmağa başlayır.
Növbəyə yazılanlar arasında sonradan öz yerlərini pulla satanlar da var. Növbələr 50-60 min rubla satılır. Satış noyabrın 3-də başlayacaq.

Xatırladaq ki, "Apple sentyabrın 12-də yeni nəsil "iPhone X smartfonunu təqdim edib.