İspaniya 2-ci liqasında mübarizə aparan "Gimanstika Seqoviana və "Ponferradina komandalarının oyununda maraqlı hadisə baş verib.
Unikal.org xəbər verir ki, matçın son anlarında "Ponferradinanın futbolçusu rəqib qapıya aşırtma zərbə endirib. Top qapı xəttini keçdiyini anda oyunun baş hakimi Lopez Parra final fitini səsləndirib.
Futbolçular baş hakimin bu qərarına nə qədər etiraz etsələr də, referi qolu qeydə almayıb və matç 0:0 başa çatıb.