Ağdaş rayonunda 2 yaşlı körpə su hovuzuna düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Anar Adil oğlu Məmmədzadə dərin su hovuzuna düşüb. Batmaq üzrə olan körpə dərhal yaxınları tərəfindən hovuzdan çıxarılıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səyi nəticəsində körpənin həyatı xilas edilib.
Vəziyyətinin ağır olduğu bildiriliən körpənin xəstəxanada müalicəsi davam etdirilir.