Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Yeni təyinatdan sonra Qurbanovun "Qarabağdakı aqibəti ilə bağlı maraqladıq. Məlum olub ki, klubun Qurbanovu həə əldən vermək fikiri yoxdur.
Məsələ ilə bağlı klubdan Unikal.org-a verlən məlumata görə, "Qarabağ"dan ayrılması müzakirə mövzusu deyil:
"Qarşılıqlı razılıq əldə olunub. Qurban Qurbanovun "Qarabağ"dan ayrılması müzakirə mövzusu ola bilməz. Bu, heç vaxt baş verməyəcək. Qurbanov həm millini, həm də "Qarabağ"ı çalışdıracaq
Aygün İlqarqızı