Xəbər verdiyimiz ki, üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə evlə mükafatlandırılıb. Güləşçiyə mənzilin orderini Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova təqdim edilib.
Üçqat dünya çempionu yeni evi ilə bağlı Unikal.org-a danışıb:
"Əslində bir müddət öncə mənə bu barədə xəbər verilmişdi. Belə ki, İradə xanım bildirmişdi ki, daha yaxşı uğurlar əldə etsəm onun tərəfindən mükafatlandırlıacam. Çox sağ olsun ki, 3-cü dəfə dünya çempionu olmağım münasibəti ilə icra başçımız bizə bu mükafata layiq gördü. Doğrudan da sevindiricidir. Çalışacam ki, daha böyük uğurlara imza atıb, mənə inananların ümidlərini doğruldum. Ev iki otaqlıdır, təmirli deyil. İndi məşqlərim çoxdur, inşallah amma fürsət tapan kimi yaxın zamanda köçə bilmək üçün təmir işinə başlanılacaq. Təqdim edilən ev Masazır qəsəbəsində yerləşir.
Aygün İlqarqızı