Türkiyənin məşhur iş adamı Ali Ağaoğlu fiziki məhdudiyyətli şəxslərdən ibarət milli komandanın üzvlərinə ev hədiyyə edib.

Unikal.org xəbər verir ki, iş adamı bu jesti komandanın Avropa çempionatında qalib gəlməsi münasibətilə etdiyini bildirib.

A.Ağaoğlu təşkil edilən mətbuat konfransında milli komandanın baş məşqçisi Uğur Özcan və 13 idmançıya evlərin sənədlərini verib.