Noyabrın 4-də saat 100 radələrində Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində Qazax rayon sakini Mikayıl Qaragözov idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən Ucar rayon sakini Nicat Abışovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.