İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə apa-ya açıqlamasında zəvvar Mirələm Həşimov bildirib.
Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.

Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.