Portuqaliya millisinin və "Realın futbolçusu Kriştiano Ronaldo gələcək karyerasından danışıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu gələcəkdə məşqçi kimi çalışmaq istəmədiyini bildirib:
"Gələcəkdə nə edəcəyimi demək çətindi. Ancaq onu bilirəm ki, anı yaşamaq xoşuma gəlir. Təbii ki, sonsuza qədər gənc qalmayacam. Hazırda özümü gələcəkdə baş məşqçi olaraq görmürəm.
Futbolçu istedadın yoxdusa, futbolu buraxmağın məsləhətdi. İstedadınız varsa, çox işləməlisiz və özünüzü ən yüksək səviyyəyə çatdırmalısız. Mənim istedadım var. 16 yaşımda "Sportinqdə məşqlərə başlayanda peşəkar futbolçu olmağa qərar vermişdim.