Xəbər verdiyimiz kimi, Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatını 1-ci pillədə başa vuran kişilərdən ibarət Azərbaycan yığması ümumilikdə 3-cü çempionluğunu qazanıb.
Unikal.org xəbər verir ki, ümumiyyətlə, 1957-ci ildən keçirilən yarışda 7 yığma qitə çempionluğu sevinci yaşayıb.
Millimiz bu göstəricidə yalnız artıq mövcud olmayan SSRİ (9) və Rusiyadan (4) geri qalıb.
1. SSRİ - 9
2. Rusiya - 4
3. Azərbaycan - 3 (2009, 2013, 2017)
4. Hollandiya -2
5. Ermənistan - 1
6. Almaniya - 1
7. İngiltərə - 1
Qeyd edək ki, şahmatçılarımız qitə birinciliyində 3 çempionluqdan əlavə, 1 dəfə gümüş, 1 dəfə isə bürünc medallara yiyələnib.