Ağır atletika üzrə Qazaxıstanın azərbaycanlı olimpiya çempionu Nicat Rəhimov noyabrın 11-də vətənə gəlir. O uzun müddətdən sonra ilk dəfə Bakıya səfər edəcək.

Ağırlıq qaldırma üzrə ilk azərbaycanlı olimpiya çempionunun vətəninə gəlməsi barədə atası Əli Rəhimov Unikal.org-a danışıb:

"Nicat birisi gün Bakıda olacaq. 4 ildən sonra o, çoxdandır gəlmədiyi vətəninə ailəsiylə birlikdə qonaq olaraq gəlir. Gələn ayın 10-u gedib yenə qayıdacaq. Yanvarın 5-i təlim-məşq toplantısı baş tutacaq.


Aygün İlqarqızı