Fransanın cənubunda sürücü avtomobili piyadaların üzərinə sürüb.
Unikal.org-un məlumatına görə, hadisədə ən azı 3 nəfər yaralanıb. Xəsarət alanların hər üçünün çinli tələbə olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.
Sürücü saxlanılıb. Hadisənin terror olmadığı, lakin sürücünün avtomobili insanların üzərinə qəsdən sürdüyü deyilir.