Braziliya milli komandasının futbolçusu Neymar Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında ağlayıb. 

Unikal.org-un məlumatına görə, forvardın göz yaşlarına vadar edənlər isə jurnalistlər olub. Belə ki, 
Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi zaman hadisə baş verib. O, Neymarla arasında heç bir problemin olmadığını və forvardın böyük ürəyə sahib olduğunu dilə gətirib.