Oktyabrda Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib.
Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə adı açıqlanmayan mənbə bildirib.
"Valentina Matviyenko (Rusiya Federasiya Şurasının spikeri-red.) vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Amerika tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişdi, - deyə mənbə bildirib.