Bakının mərkəzindəki mağazalardan birində dava-dalaş olub.
Unikal.org lent.az-a istinadən bildirir ki, noyabrın 11-də saat 02 radələrində 1992-ci il təvəllüdlü Həsənov Dağlar Müşfiq oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, Nemanzadə küçəsi 15-də yerləşən mağazada 1989-cu il təvəllüdlü Eldarlı Vadim Eldar oğlu onu döyüb.
Eyni məzmunlu şikayət ərizəsi ilə Vadim Eldarlı da polisə müraciət edib və Dağlar tərəfindən döyüldüyünü bildirib.
Araşdırma aparılır.