Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.

Unikal.org-un APA-ya istinadən  xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi "QAZ markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. 

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.