Astarada evdən kişi meyiti aşkar edilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Astaranın Artuba kəndində qeydə alınıb.
Kənd sakini,1957-ci il təvəllüdlü Nizaməli Eynəli oğlu Baxşıyevin meyiti bu gün yaşadığı evdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.