Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bacısının tanışını güllələyərək qətlə yetirən Azərbaycan vətəndaşına hökm oxunub.
Unikal.org xəbər verir ki, o, törətdiyi cinayətə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu ilin aprel ayında baş verib. Ölən şəxs ilə azərbaycanlının ailəsi arasında ciddi münaqişə olub. Mərhum hadisəni törədən şəxsin yetkinlik yaşına çatmayan bacısı ilə münasibət qurub, daha sonra isə onunla evlənməkdən imtina edib. Təqsirləndirilən şəxs isə qisas almaq məqsədi ilə həmin şəxsə baş, döş və qarın nahiyələrindən 4 güllə vurmaqla qətlə yetirib. (report)