İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.

Unikal.org  Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatına istinadən xəbər verir.

Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.