Zaqatala 20 yaşlı oğlan intihara cəhd edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, noyabrın 12-də saat 23.00 radələrində rayonun Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sultan Ağaməmməd oğlu Ağaməmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
MRX-dan bildirilib ki, Sultan Ağaməmmədovun evdə bilərəkdən müxtəlif adda bir-neçə dərman içdiyi məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən Sultan Ağaməmmədova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.