Bakıda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
Unikal.org-un məlumatına görə, noyabrın 6-da paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107 markalı maşınla toqquşub.
Nəticədə "VAZ-2107də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.
Yaralılardan daha bir - Rahilə Babaxan qızı Fətullayeva noyabrın 13-də xəstəxanada dünyasını dəyişib.