Biləsuvar rayonunda dumanlı hava şəraiti avtomobillərin hərəkətində problemlər yaradıb.
Unikal.org-un report-a istinadən məlumatına görə, bu gün axşam saatlarından başlayaraq rayon ərazisində duman müşahidə olunur.
Nəticədə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Eyni zamanda dumanlı hava rayonun bir neçə kənd yollarında da avtomobillərin hərəkətinə mane olur.