Sumqayıtda4 otaqlı ev yanaraq yararsız hala düşüb.

Unikal.org-un məlumatına görə, dəhşətli yanğın hadisəsi Sumqayıt şəhər Ceyranbatan bağları ərazisində, Cavad Əsədullayevə məxsus evdə qeydə alınıb.Qısaqapanma nəticəsində mənzil içindəki əşyaları ilə birgə tamamilə yanıb.
Yanğın zamanı mənzildə bir azyaşlı uşaq olub.İki yaşlı Sirac Əsədullayev yaxınlıqda yaşayan qonşuların köməkliyi ilə pencərələrin şüşələrini sındırmaqla evdən çıxarılsa da,o,müxtəlif xəsarətlər alıb və tüstüdən zəhərlənib. Əraziyə çağrılan təcili tibbi yardım işçilərinin müdaxiləsindən sonra uşağın həyatı xilas olub.

Alovlar yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.