Sumqayıt polisi sərnişin avtobusunun atəşə tutulması barədə yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"7 saylı sərnişin avtobusuna daş atılıb, avtobusun şüşələri sınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Qeyd edək, bundan əvvəl şəhərin 17-ci mikrorayonu ərazisində, "Xarı Bülbül" restoranının yaxınlığında 7 saylı marşrut xətti üzrə hərəkət edən 2 avtobusa atəş açılması barədə məlumatlar yayılmışdı.